Beyin sunamiləri: nevroloji xəstəliklərdə kortikal yayılan depolarizasiya dalğaları

Ş. Hanalioğlu
2019 NATIONAL JOURNAL OF NEUROLOGY  
Kortikal yayılan depressiya (KYD) ilk dəfə olaraq Aristides Leao tərəfindən 1944-cü ildə qeyd olunmuşdur və beyin hüceyrələrinin böyük bir hissəsinin sürətli və demək olar ki tamamilə depolyarizasiyası ilə xarakterizə olunur, regenerativ, "bütün ya da heç" tipli bir proses kimi formalaşır, beyin toxumasında yavaş irəliləyən (2-6 mm/dəq) dalğa yaradır. Heyvanlar və insanlar üzərində aparılan tədqiqatlar nəticəsində migren aurasının KYD tərəfindən törədildiyi geniş miqyasda qəbul olunmuşdur. Bu
more » ... lğalar, xüsusilə də zədələnmiş beyin toxumasında böyük ion dəyişiklikləri, vazokonstruksiya və s. dağıdıcı nəticələrə səbəb olduğuna görə bəzən "beyin sunamiləri" və ya "öldürücü dalğalar" kimi də adlandırılır. Yarım əsrdən artıq bir müddət ərzində belə düşünülürdü ki, KYD təkcə heyvanlarda yarana bilir, lakin on iki il bundan əvvəl insan beynində də KYD əmələ gələ biləcəyi haqda qeydlər oldu. Bu kəşfdən sonra aparılan çoxsaylı araşdırmalar göstərdi ki, KYD-yə müxtəlif nevroloji xəstəliklərdə və xəstələrin böyük əksəriyyətində (yarıdan çoxunda) təsadüf olunur. Belə xəstəliklər sırasında travmatik beyin zədələnmələri, subaraxnoidal qanaxma, intraserebral hematoma və hemisferik insult qeyd oluna bilər ki, bu zaman beyində böyük həcmdə travmatik və ya vaskulyar zədələnmə olur. Son zamanlar beyin travmalarından sonrakı prognozun KYD-lərin tipi və tezliyi ilə kifayət qədər əlaqəli olduğu müəyyənləşmişdir. Son onillikdə yayılan depolyarizasiyaların insanlar üzərində araşdırılmasında COSBID (Cooperative Studies of Brain Injury Depolarisations) adlanan beynəlxalq işçi qrupunun böyük rolu olmuşdur. Bu qrup araşdırmalar nəticəsində yayılan depolarizasiya dalğalarının bir çox nevroloji xəstəlikdə mühüm rol oynadığını aşkarlamış, tanınmış beynəlxalq elmi jurnallarda 20-dən artıq məqalə çap etdirmişdir.
doi:10.28942/nnj.v1i3.165 fatcat:hr65tdpj3rdmzcrkd5cnx5roz4