44 KİMYA PROBLEMLƏRİ № 1 2015 KİMYA PROBLEMLƏRİ № 1 2015 UOT 665.3 SOYA YAĞI TURŞU FRAKSİYASI ETİLOLAMİDOFOSFATININ DUZLARININ SİNTEZİ VƏ H2S KORROZİYASINA QARŞI İNHİBİTOR KİMİ TƏDQİQİ

V Abbasov, Z Əsədov, E Abdullayev, R Rəhimov, S Süleymanova
unpublished
Soya yağı triqliseridlərinin dietanolaminlə qarşılıqlı təsirindən dietilolamid sintez edilmiş və onun fosfat törəməsi alınmışdır. Fosfat törəməsini monoetanolamin, dietanolamin və trietanolaminlə neytrallaşdırmaqla müvafiq kompleks duzlar sintez edilmişdir. Bu kompleks duzların fiziki-kimyəvi xassələri, həmçinin stalaqmometriya üsulu ilə su-kerosin sərhədində səthi aktivliyi öyrənilmiş və H2S ilə doydurulmuş həmin mühitdə polad-3 korroziyasına qarşı yüksək inhibitorluq qabiliyyəti aşkar
more » ... yyəti aşkar olunmuşdur. Açar sözlər: soya yağı triqliseridləri, dietilolamid, fosfat törəməsi, monoetanolamin, dietanolamin, trietanolamin, korroziya inhibitoru. Texnologiyanın sürətlə inkişaf etdiyi qlobal və yerli mühitdə metal tərkibli avadanlıqların korroziyadan mühafizəsi aktual problemlərdən biridir [1]. Korroziya metal avadanlıqların yararsız hala düşməsinə, neft-qaz boru kəmərlərinin vaxtından əvvəl sıradan çıxmasına səbəb olur [2,3]. Bu problem daha çox neft sektorunun əsası olan neft və qaz hasilatı, nəqli və emalı zamanı polad avadanlıq və boru kəmərlərinin atmosfer korroziyasının təsirinə məruz qalması ilə bağlıdır [4]. Həmçinin korroziya prosesinin yaratdığı qəzalar çoxtonnajlı neft məhsullarının ətrafa dağılması ilə müşayiət olunur ki, bu da ekoloji problemlərə gətirib çıxarır [5]. Oksigen, CO2, duzlar və ya başqa məhsulların iştirakı korroziyanın sürətini dəfələrlə artırır [6-8]. Korroziyadan səmərəli mühafizə üsullarından biri inhibitorların tətbiqidir [9,10]. Təqdim olunmuş işdə korroziya inhibitoru kimi soya yağı turşu fraksiyasının (SYTF) törəmələrindən istifadə edilmişdir. Bu turşu fraksiyasının tərkibində yağ turşularının miqdarı aşağıdakı kimidir (%): 51-57 linol; 23-29 olein; 4.5-7.3 stearin; 3-6 linolen; 2.5-6.0 palmitin; 0.9-2.5 araxin; 0.1-ə qədər heksadesen; 0.1-0.4 miristin. Soya yağının donma temperaturu −15 dən −18 °C-dək, şuasındırma əmsalı 1.4740-1.4780 (20 0 C), kinematik özlülüyü (59-72)·10 −6 m²/s (20 0 C)-dir. Soya yağı triqliseridlərinin dietanolaminlə (DEA) 1:3 mol nisbətində 130-140 °C-də qarşılıqlı təsirindən dietilolamid sintez edilmişdir. Reaksiyanın ümumi sxemi aşağıdakı kimidir: burada R-yağlardakı turşu fraqmentindəki alkil qrupudur. Alınmış dietilolamid ortofosfat turşusu ilə 40-50°C-də fosfat efirlərinə çevrilmişdir:
fatcat:ocuay7adujdlfjsojfh3tmoboe