AZƏRBAYCAN, TÜRK VƏ RUS DİLLƏRİNDƏ FEİLİN MƏLUM VE İCBAR NÖV KATEQORİYASI

Şehrabanı ALLAHVERDİYEVA
2022 the Journal of Academic Social Sciences  
Türkologiyada məlum növün adlandırılması ilə bağlı müxtəlif fikirlər vardır. Digər növlərdən fərqli olaraq məlum növ həm təsirli, həm də təsirsiz feilləri əhatə edir. Bu məqamda təsirsiz feillər yalnız subyektlə əlaqəli olur, lakin bundan fərqli olaraq təsirli feillər isə həmçinin obyektlə əlaqəlidir. Hətta dilçilikdə məlum növü bu xüsusiyyətinə görə 2 yerə ayıran tədqiqatçılar da vardır. Digər növlər ilə müqayisədə məlum növ daha qədimdir. Feilin digər məna növlərindən fərqli olaraq icbar növ
more » ... əna tiplərinə bölünmür və özünü kompleks şəkildə ifadə edərək, vahid bir semantikanı əks etdirir. Məhz elə bu vahid mənanın mövcud olması üçün qrammatik formadan istifadə edilmişdir. Qeyd etdiyimiz qrammatik formalar: arzu etmək, məcbur etmək, təkid etmək, əmr etmək, xahiş etmək mənalarını nitq prosesi zamanı ehtiva edə bilər.
doi:10.29228/asos.64054 fatcat:sidbgnjtbzd3hpun3najztb2ke