Mərkəzi sinir sisteminin perinatal hipoksik­işemik zədələnmələrinin neyrogenetik aspektləri

Rahimova N.C., Mammadbayli A.K., Gurbanova G.M.
2020 NATIONAL JOURNAL OF NEUROLOGY  
Son zamanlar mərkəzi sinir sisteminin (MSS) zədələnməsinin neyrogenetikası haqqında yeni məlumatlar meydana cıxmışdır. Mərkəzi sinir sisteminin perinatal zədələnməsinin genetik determinasiya dərəcəsi fərqli ola bilər və geniş miqyasda dəyişilə bilər. MSS­nin perinatal zədələnməsiningenetik təyin olunmasının əsas birbaşa mexanizmi vaxtından əvvəl doğuşdur. Mərkəzi sinir sisteminin hipoksik­işemik zədələnməsinin bütün əsas etik/patogenetik amilləri: hipoksiya, hamilə qadının qidalanma
more » ... dalanma pozğunluqları, stres, siqaret çəkmə, alkoqol, narkotiklər, vaxtından əvvəl doğulma, beyinə birbaşa təsir göstərməklə yanaşı, perinatal zədələrə həssas olan bir beyin fenotipinin meydana gəlməsi ilə neyroekspressiyada epigenetik dəyişikliklərə səbəb olmaq qabiliyyətinə malikdir. Əldə edilən yeni nəticələr mərkəzi sinir sisteminin perinatal zədələnmələrinin qarşısının alınması üçün yanaşmaları dəyişdirməyə məcbur edir.
doi:10.28942/nnj.v1i17.293 fatcat:huwyzus5nfcargegssb6o55yne