VİNİL HEMDİXLORTSİKLOPROPİL EFİRİNİN VƏ ONUN TSİKLİK ASETALININ SİNTEZİ VƏ MALEİN ANHİDRİDİ İLƏ BİRGƏPOLİMERLƏŞMƏSİ

R Şahnəzərli, Alıyeva, Q Ramazanov, A Quliyev, Ch Ch, Ch Ch
unpublished
Hemdixlor-və tsiklik asetal əvəzli viniltsiklopropil efirləri sintez edilmiş və onların malein anhidridi ilə birgəpolimerləşməsi tədqiq olunmuşdur. Müəyyən edilmişdir ki, ilkin monomer qarışıqlarının nisbətindən asılı olmayaraq bütün hallarda eyni tərkibli və növbəli quruluşa malik birgəpolimerlər alınır. Tədqiq olunan monomerlərin birgəpolimerləşmə sabitləri və Q-e-parametrləri təyin edilmiş və birgəpolimerləşmə prosesinin aralıq donor-akseptor tipli kompleks əmələ gəlməsi ilə müşayət olunması
more » ... göstərilmişdir. Açar sözlər: viniltsiklopropil efirləri, malein anhidridi, birgəpolimerləşmə, donor-akseptor tipli kompleks, növbəli birgəpolimer. Məlumdur ki, tərkibində elektron-donor və elektronakseptor monomerlər olan sistemlərin radikal polimerləşməsi zamanı alternativ birgəpolimerlər alınır [1,2]. Somonomerlərin molekulyar qarşılıqlı təsiri nəticəsində bu sistemlərdə adətən donor-akseptor tipli komplekslər əmələ gəlir ki, bunlar da birgəpolimerləşmə prosesinə ciddi təsir göstərərək növbəli birgəpolimerlərin alınmasına səbəb olur [3]. Təqdim olunan işdə malein anhidridinin viniltsiklopropil efirləri ilə qarşılıqlı təsiri nəticəsində alına biləcək komplekslərin öyrənilməsi və yeni tip müntəzəm quruluşa malik birgəpolimerlərin alınması nəzərdə tutulur. Tədqiqat obyekti kimi iki monomerdən-1,1-dixlor-2-viniloksitsiklo-propan (I) və viniloksitsiklopropanonun tsiklik asetalı-1-viniloksi-4,7-diokso-bitsiklo-[2,4]-heptandan (II) istifadə edilmişdir:
fatcat:chzez6hcnnc6hplrpbzggz6raq