DETECTING TERRORISM-RELATED ARTICLES ON THE E-GOVERNMENT USING TEXT-MINING TECHNIQUES
TEXT MİNİNG METODLARININ KÖMƏYİLƏ E-DÖVLƏTDƏ TERRORİZMLƏ ƏLAQƏLİ MƏQALƏLƏRİN AŞKARLANMASI

Ramiz Aliguliyev, Gunay Niftaliyeva
2015 Problems of Information Technology  
TEXT MİNİNG METODLARININ KÖMƏYİLƏ E-DÖVLƏTDƏ TERRORİZMLƏ ƏLAQƏLİ MƏQALƏLƏRİN AŞKARLANMASI Məqalədə e-dövlət mühitində terrorizmlə əlaqəli məqalələrin aşkarlanması üçün text mining texnologiyasına əsaslanan metod təklif olunmuşdur. Təklif olunmuş metod bir neçə mərhələdən ibarətdir: 1) terrorizmlə əlaqəli terminlərin lüğət bazasının yaradılması; 2) sözlərin semantik şəbəkəsinin yaradılması; 3) sözlərin morfoloji təhlili; 4) sənədlərin ilkin filtrasiyası; 5) sözlərin semantik şəbəkəsindən
more » ... əbəkəsindən istifadə etməklə onlar arasında semantik yaxınlığın hesablanması; 6) cümlələr arasında semantik yaxınlığın müəyyən edilməsi; 7) sənədlər arasında semantik yaxınlığın müəyyən edilməsi; 8) sənədlərin təsnifatlandırılması. Sözlər, cümlələr və sənədlər arsında yaxınlığı hesablamaq üçün hibrid yaxınlıq ölçüləri daxil edilmişdir. Terrorizmlə əlaqəli sənədləri identifikasiya etmək üçün kNN, Bayes və yeni təklif olunan Ramiz-Günay metodlarının xətti kombinasiyasından ibarət hibrid təsnifatlandırma metodu təklif olunmuşdur. Açar sözlər: e-dövlət; e-dövlətin təhlükəsizliyi; terrorizm; text mining; hibrid yaxınlıq ölçüsü; kNN metodu; modifikasiya olunmuş Bayes metodu; Ramiz-Günay metodu; hibrid təsnifatlandırma metodu.
doi:10.25045/jpit.v06.i2.04 fatcat:7t7auz3ibngsrk25etssn6ougu